Diamed Medical Group

Əlaqə vasitələri

Filiallar

Edit Template

İsa Cahanov
Terapevt

Cahanov İsa Spelizasiya: Həkim-terapevt Təcrübə: 45 il Qəbula yazıl Təhsil Ordubad rayonu 1 №-li məktəbdə orta təhsil almışdır. 1971-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuş,1978-ci ildə müalicə-profilaktika fakültəsini bitirərək müalicə işi ixtisası almışdır. Həkimlik fəaliyyəti dövründə EKQ üzrə funksional diaqnostika kursunu uğurla tamamlamışdır. Karyera 1979–1982 – Ordubad rayonu, Vənənd kəndində Həkim-Terapevt 1982–1989 – Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çağırışçı həkim, kardio-reanimatoloq 1990–1992 – 15 saylı şəhər klinikasında sahə həkimi 1992–2020 – 39 №-li ambulatoriyada baş həkim və revmatoloq (0.25 ştatla) 2020–hal-hazırda – İdeal Tibb Mərkəzinin Diamed klinikasında Həkim-Terapevt kimi fəaliyyət göstərir. Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar

Rəna Abdullayeva
Mamoloq

Rena Abdullayeva Spelizasiya: Həkim-onkoloq-mammoloq Təcrübə: 28 il Qəbula yazıl Təhsil 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1994-1995-ci illərdə Bakı şəhər Onkoloji Dişpanserində həkim-onkoloq ixtisası üzrə internaturanı keçib. Kurslar: Azərbaycanda və xarici ölkələrdə bir neçə dəfə kurslar keçmiş, konfranslar, simpoziumlar və qurultaylarda aktiv iştirak edib. 1995-ci və 1999-cu illərdə «Döş qəfəsi orqanlarının və süd vəziləri şişlərinin müalicə və diaqnostikası» kursları. 2004-cü ildə «Qadın cinsiyyət orqanlarının şişlərinin diaqnostikası və müalicəsi» kursu. 2005-ci ildə N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində «Onkoginekoloji xəstələrin diaqnostikası və müalicəsi» kursu. 2006-ci ildə «Bədxassəli şişlərin kimyəvi və hormonal terapiyası» kursu. 2009-cu ildə onkologiya üzrə ümumi təkmilləşmə kursu. 2012-ci ildə EGE Universitetinin Tibb fakültəsində (Türkiyə, İzmir) «Meme hastalıkları» kursu. Karyera 28 ildir həkim-onkoloq-mammoloq kimi fəaliyyət göstərir. 1994-2016-ci illərdə (22 il) Milli Onkologiya Mərkəzində həkim-onkoloq və 2009-cu ildən MOM-ın «Süd vəzinin şiş önü xəstəliklərinin müalicə və profilaktikası» şöbəsində onkoloq-mammoloq kimi çalışıb. 2016-cı ildən etibarən özəl klinikada onkoloq-mammoloq kimi fəaliyyət göstərib. Hal-hazırda «Diamed» klinikasında fəaliyyət göstərir. Xəstəliklər Müalicəsi Süd vəzilərdə ağrı, ödem və ağırlığın səbəbkarı olan dishormonal hiperplaziya (mastopatiya). Süd vəzi makrokistlərinin cərrahiyyə əməliyyatsız, aspirasiya üsulu ilə müalicəsi. Gilədən gələn ifrazatın səbəbkarı olan qalaktoreya, duktal ektaziya müalicəsi. Süd vəzidə iltihab proseslərinin (laktasion və qeyri-laktasion mastitlərin) müalicəsi. Süd vəzilərinin posttravmatik hematomalarının müalicəsi. Süd vəzidə olan şübhəli toxumaların və törəmələrin müxtəlif növ biopsiyaları. ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Sertifikatlar Videolar

Rauf Cabbarov
Endokrinoloq

Rauf Cabbarov Spelizasiya: Həkim-endokrinoloq Təcrübə: 50 il Qəbula yazıl Təhsil 1975-ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir. 1975–1976-cı illərdə internatura keçmişdir. Tibb üzrə fəlsəfə doktorudur. Karyera 1978–2014-cü illərdə Respublika Endokrinoloji Mərkəzində həkim-metodist, həkim-endokrinoloq və daha sonra mərkəzin direktoru vəzifələrində çalışmışdır. Müalicə etdiyi əsas xəstəliklərə qalxanvari vəzin patologiyaları, şəkərli və şəkərsiz diabet, cırtdanboyluq, cinsi çatışmazlıq və digər endokrin pozuntular aiddir. Avropa Tiroid Assosiasiyasının və Avropa Endokrinologiya Assosiasiyasının ömürlük üzvüdür. Endokrinologiya və diabetologiya sahəsində fəaliyyət göstərən beynəlxalq dərnək və assosiasiyaların konqreslərinin daimi iştirakçısıdır Sertifikatlar ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax ATU diplomu Sənədə bax Videolar